Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 12 081,7 min ton, dəniz nəqliyyatı ilə 5 370,1 min ton və avtomobil nəqliyyatı ilə 8490,6 min ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 447 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 3886,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 6 867,2 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə 14 741,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 7 507,2 min ton təşkil edib.
"Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 47 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 46,6 faizini tranzit yüklər təşkil edib", - məlumatda qeyd olunur.