G7 liderləri İsrail-Qəzza probleminin həlli məsələsində Baydeni dəstəkləyir

G7 liderləri İsrail-Qəzza probleminin həlli məsələsində Baydeni dəstəkləyir
# 04 iyun 2024 05:14 (UTC +04:00)

G7 ölkələrinin liderləri ABŞ prezidenti Co Baydenin Qəzza zolağındakı problemin həllinə dair üç mərhələli təkliflər paketini dəstəkləyib.

APA xəbər verir ki, hazırda G7-yə sədrlik edən İtaliya tərəfindən nəşr olunan birgə bəyanatda aşağıdakılar qeyd olunub:

“G7 liderləri olaraq biz prezident Bayden tərəfindən irəli sürülmüş Qəzzada atəşkəsin təmin edilməsi, bütün girovların azad edilməsi, Qəzzada paylanacaq humanitar yardımın mütəmadi olaraq artırılması və İsrailin təhlükəsizlik maraqları ilə bağlı böhrana daimi son qoyulmasını dəstəkləyirik. İsrailin və Qəzzada mülki əhalinin təhlükəsizliyini təmin edəcək və böhrana daimi son qoyacaq hərtərəfli razılaşmanı tam dəstəkləyirik və arxasında dayanacağıq.”

Bəyanatda həmçinin G7 ölkə liderlərinin HƏMAS-ı İsrailin növbəti addıma hazır olduğu bu sazişi qəbul etməyə çağırdığı və HƏMAS-a təsir edə bilən ölkələri bu məsələdə yardım etməyə dəvət etdikləri bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR