Sabirabadda nasosxana, Bərdədə transformator yanıb

Sabirabadda nasosxana, Bərdədə transformator yanıb
# 26 iyul 2018 07:42 (UTC +04:00)

Sabirabad rayonunun Ulacalı kəndində ümumi sahəsi 84 m2 olan taxta konstruksiyalardan ibarət nasosxana, içərisində quraşdırılmış su nasosu və elektrik kabelləri yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı digər nasosxana yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bərdə rayonunun Qasımbəyli kəndində isə avtomobil təmir sexinin ərazisində quraşdırılmış gücü 25 kVt olan transformatorun yanar hissələri və ətrafda 10 m2 sahədə kol-kos yanıb.

Yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR