Şamaxıda qadın dəm qazından zəhərlənib

Şamaxıda qadın dəm qazından zəhərlənib
# 07 fevral 2020 22:25 (UTC +04:00)

Şamaxı rayonunda zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında Şamaxı şəhər sakini, 1959-cu il təvəllüdlü Mustafayevə Məfkurə Abdulla qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

O, Təcili Tibbi Yardım Stansiyasının avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR