Səfir: “ABŞ Senatının maliyyə yardımı Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkənlər üçün nəzərdə tutulub”

Səfir: “ABŞ Senatının maliyyə yardımı Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkənlər üçün nəzərdə tutulub”
# 19 iyul 2015 09:41 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir Azərbaycana göstərilən yardımın 115 milyon ABŞ dollarına çatdığını qeyd edib: “Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən qeyd etmək istərdim ki, bu münaqişənin mövcudluğu acınacaqlı faktdır. Yardım barədə isə onu bildirim ki, yardım bilavasitə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən insanlar üçün nəzərdə tutulan bir vəsaitdir”.

“Bizim münaqişə ilə bağlı fəaliyyətimizin əsas istiqamətlərindən biri bilavasitə münaqişədən əziyyət çəkən insanlara yardım göstərilməsidir. Digər istiqamətlə isə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik məşğuldur. O, bu istiqamətdə çox fəal çalışır, bilavasitə Minsk Qrupu çərçivəsində iki dövlətin hökumətlərini bir araya gətirərək, münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqların həyata keçirilməsinə səy göstərir”, deyə səfir vurğulayıb.

Yardımların hansı meyarlar əsasında ayrılması və nə üçün regionun digər münaqişə zonalarına deyil, məhz Dağlıq Qarabağa ayrılması barədə APA-nın sualına cavab verən səfir bildirib ki, hər münaqişənin özünəməxsus xüsusiyyəti var: “Məhz bu zəmində biz məsələlərə fərdi tərzdə yanaşırıq. Biz Gürcüstana yardımlar göstəririk, sadəcə bizim yanaşmamız fərqlidir. Eyni şəkildə biz Moldova, Afrika, Ukraynaya da yardımlar edirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR