Azərbaycanda məhsuldarlığı artıran yeni maddə yaradılıb

Azərbaycanda məhsuldarlığı artıran yeni maddə yaradılıb
# 13 mart 2017 07:42 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yeni boy maddələri yaradılıb.

AMEA-dan APA-ya verilən xəbərə görə, sahə sınaqlarından uğurla keçən maddə meyvə və bitkilərdən yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Belə ki, boy maddəsinin 20 qramı 400 litr suda həll edilir və 180 kq pambıq çiyidi 24 saat məhlulda saxlanıldıqdan sonra sahəyə səpilir. Nəticədə 100%-lik göstərici əldə edilir və sürətlə böyüyən bitkinin qozalarının sayı dəfələrlə çox olur.

Qeyd edək ki, sözügedən maddə ətraf mühit üçün ekoloji gərginlik yaratmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR