ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb
# 21 noyabr 2017 04:31 (UTC +04:00)

Texas ştatında ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus “T-38 Talon” təlim təyyarəsi qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Hərbi-Hava Qüvvələrinin “Tvitter” səhifəsində məlumat verilib.

Hadisə nəticəsində pilotlardan biri ölüb, digəri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İnsident San-Antonio şəhəri yaxınlığında baş verib. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR