Şəkidə dini radikalizm və narkomaniyanın fəsadları mövsuzunda tədbir keçirilib

Şəkidə dini radikalizm və narkomaniyanın fəsadları mövsuzunda tədbir keçirilib
# 19 oktyabr 2017 14:06 (UTC +04:00)

Şəkidə “Dini radikalizm, narkomaniya və erkən nikaha yox deyək” mövzusunda tədbir keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi Əbülfət Rzayev, rayon prokuroru Elmar Camalov və rayon təhsil şöbəsinin rəhbərliyi iştirak edib.

Yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd gəncləri dini radikalizm, narkomaniya və erkən nikahların törətdiyi fəsadlar barədə maarifləndirmək və bu əməllərdən çəkindirmək olub. Tədbirdə çıxış edən Ə. Rzayev və E. Camalov narkomaniya, dini radikalizm və erkən nikahın sonradan yaratdığı problemlər barəsində gənclərə ətraflı məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR