® "AXA MBASK" onlayn-ödənişlərin qəbulu xidmətini istifadəyə verib

<font color=red>® </font>  "AXA MBASK" onlayn-ödənişlərin qəbulu xidmətini istifadəyə verib
# 29 mart 2018 07:27 (UTC +04:00)

AXA MBASK sığorta şirkəti müştərilər üçün sığorta müqavilələri üzrə sığorta haqlarının ödənişinlərini həyata keçirməklə bağlı yeni xidmət təklif edir. Əvvəllər şirkətin müştəriləri sığorta haqqını ödəmək üçün birbaşa banka və ya sığorta şirkətinə müraciət etmək məcburiyyətində qalırdılar. Bu isə müştərilər üçün çətinlik törədirdi. İndi isə ödənişlərin həyata keçirilməsi üçün müştərinin www.axambask.az internet səhifəsinə daxil olması, müqavilənin nömrəsini yazması və bank kartı vasitəsilə ödəniş etməsi kifayətdir.

Yeni xidmət bütün könüllü sığorta müqavilələri üzrə ödənişləri ilə yanaşı, azadolma məbləğini və subroqasiya işləri ilə bağlı ödənişləri həyata keçirmək imkan yaradır.

AXA MBASK mövcud onlayn xidmətlərin çeşidini daim genişləndirməklə internet-ödəniş kanalını inkişaf etdirir. AXA MBASK sözügedən xidməti istifadəyə verməklə müştərilərlə distant qarşılıqlı əlaqələrin qurulması istiqamətində aparılan işlərin növbəti mərhələsini tamamlamış oldu.

Hazırda şirkətin internet səhifəsində onlayn sığorta şəhadətnaməsini rəsmiləşdirmək, şəxsi kabinetdə qeydiyyatdan keçmək, zərərin tənzimlənməsi ilə bağlı vəziyyəti yoxlamaq, sığorta tarixçəsi ilə tanış olmaq və sığorta portfelinizi idarə etmək bölməsinə keçid etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR