Varşava Şəhər Şurasının üzvü: “Ticarət festivallarının təşkili ilə bağlı Azərbaycanın müsbət təcrübələrindən yararlanacağıq”

Varşava Şəhər Şurasının üzvü: “Ticarət festivallarının təşkili ilə bağlı Azərbaycanın müsbət təcrübələrindən yararlanacağıq”
# 20 oktyabr 2017 14:12 (UTC +04:00)

Bakıda keçirilən Şopinq Festivala ən çox diqqət ayıran, təbii ki, qadınlardır. Özü də, yalnız azərbaycanlı xanımlar yox! Bakda keçirilən Şopinq Festivala qatılmaq istəyənlərdən biri də Varşava Şəhər Şurasının ən gənc üzvü, beynəlxalq hüquqşünas olan Anna Maria Rozekdir.

Bakushopfest.az saytına müsahibəsində xanım Rozek Bakıda keçirilən bu festivalla maraqlandığını deyib: “Etiraf edim ki, bir xanım olaraq, bu festivalda iştirak etmək istərdim, xüsusi ilə də, əl işi olan bəzək əşyalarına diqqət edərdim”.

Anna Maria Rozek Bakıda bu festivallar da daxil olmaqla, regional və dünya miqyaslı təşəbbüslərin baş tutmasını ölkənin müsbət imici üçün önəmli hadisə sayır. O, İdarə heyətinin üzvü olduğu Polşa paytaxtı Varşava Şəhər Şurasında da oxşar təşəbbüsləri dəstəklədiyini, bu əsnada Azərbaycanın müsbət təcrübələrindən də yararlanacaqlarını qeyd edib.

Onun fikrincə, belə festivallar kiçik və orta sahibkarlığın inkişafı baxımından da əhəmiyyətlidir.

Həmçinin, festivala qatılan turistlər alış-veriş etməklə yanaşı, müasir Bakıdan xoş təəssüratlarla ayrılacaqlar: “Mən hesab edirəm ki, səmərəli beynəlxalq marketinq və bir çox dünyaca məşhurların ölkəyə dəvət olunması həmişə müsbət nəticə verir. Azərbaycanda da bu təşəbbüsün uğurlu olacağına heç bir şübhəm yoxdur!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR