Lerikdə avtomobil elektrik dirəyinə çırpılıb, xəsarət alan var

Lerikdə avtomobil elektrik dirəyinə çırpılıb, xəsarət alan var
# 20 avqust 2015 09:39 (UTC +04:00)

Lerik. Ağəddin Babayev - APA. Lerik rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Lerik Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün 06.30 radələrində Lənkəran-Lerik şosesinin 53-cü kilometrliyində, yolun Lerik şəhərinə girəcəkdə qeydə alınıb. Rayonun Barzavu kənd sakini, 1984-cü il təvəllüdlü Elgün Adil oğlu Əliyevin idarə etdiyi “Lifan” markalı, 99 HP 232 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Güclü zərbədən elektrik dirəyi aşıb, həmçinin sürücünün yanındakı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Leyla Şirinbəy qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə dərhal Lerik Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada qadına ilk tibbi yardım göstərildikdən sonra Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. L. Əliyevanın vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin versiya kimi hadisənin sürücünün yuxulu vəziyyətdə olması səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR