Bakıda 2 avtomobil toqquşub, sürücü xəsarət alıb

Bakıda 2 avtomobil toqquşub, sürücü xəsarət alıb
# 25 noyabr 2019 23:24 (UTC +04:00)

Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Ukrayna dairəsində qeydə alınıb.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü, 1972-ci il təvəllüdlü Əmirzadə Vüqar Vahid oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR