Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 10 aprel 2017 14:08 (UTC +04:00)

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yasamal rayonu Süleyman Tağızadə küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında qeydə alınan yanğın nəticəsində xəsarət alan olmayıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

***

15.29

Bakıda yaşayış binası yanır.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR