Gürcüstanın hökumət administrasiyasına yeni rəhbər təyin olunub

Gürcüstanın hökumət administrasiyasına yeni rəhbər təyin olunub
# 12 aprel 2018 08:56 (UTC +04:00)

Şalva Tadumadze Gürcüstanın hökumət administrasiyasının yeni rəhbəri təyin olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında bildirib.

Ş. Tadumadze 2012-ci ildən hökumətin parlament katibi vəzifəsini tutub.

Qeyd edək ki, hökumət administrasiyasının keçmiş rəhbəri Maya Tskitişvili ötən ayın sonunda Gürcüstanın regional inkişaf və infrastruktur naziri təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR