"Azərsu" tender elan edib

"Azərsu" tender elan edib
# 21 noyabr 2017 05:55 (UTC +04:00)

"Azərsu" ASC kvars qumunun satınalınması məqsədilə açıq tender elan edir.

"APA-Ecoonmics" xəbər verir ki, tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını (500 manat) müvafiq hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Satınalmaların təşkili və idarə olunması departamentindən ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.


Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcək.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 dekabr 2017-ci il saat 18:00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 8 yanvar 2018-ci il saat 16:00-dək "Azərsu" ASC-nin Satınalmaların təşkili və idarə olunması departamentinə təqdim etməlidirlər.


Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri 9 yanvar 2018-ci il saat 16:00-da yuxarıda göstərilən ünvanda açılacaq.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR