Keçmiş arvadını öldürən şəxsə hökm oxunub

Keçmiş arvadını öldürən şəxsə hökm oxunub
# 10 mart 2017 08:46 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını öldürməkdə təqsirləndirilən Sadiq Muxtarovun məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, hökmə əsasən, S.Muxtarov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 10-da baş verib. Abşeron rayonunun Masazır qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sadiq Muxtarov həmin qəsəbədə yaşayan, keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Lalə Muxtarovaya ailə üzvlərinin gözü qarşısında ağır dəmir parçası (ling) ilə çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qətlə yetirib. Hadisədən sonra S.Muxtarov mətbəx bıçağı ilə özünə də xəsarətlər yetirib.

Hadisə qısqanclıq zəminində baş verib.

S.Muxtarov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR