Ağstafa sakinini qatar vurub, hər iki ayağı amputasiya olunub

Ağstafa sakinini qatar vurub, hər iki ayağı amputasiya olunub
# 25 mart 2018 06:33 (UTC +04:00)

Ağstafa sakinini qatar vurub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Ağstafa Dəmir Yol vağzalında baş verib.

Ehtiyatsızlıq nəticəsində Ağstafa şəhər sakini 1957-ci il təvəllüdlü Məmmədov Akif Mürsəl oğlunun hər iki ayağı qatarın altında qalıb. Dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən A. Məmmədovun hər iki ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR