Gürcüstanın hakim partiyası prezidentliyə 2 nəfərin namizədliyini nəzərdən keçirir

Gürcüstanın hakim partiyası prezidentliyə 2 nəfərin namizədliyini nəzərdən keçirir
# 17 yanvar 2018 08:41 (UTC +04:00)

“Gürcü Arzusu” Partiyasında prezident vəzifəsinə 2 nəfərin namizədliyi nəzərdən keçirilir.

APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi xəbərə görə, bu namizədlər hazırkı baş nazir Giorgi Kvirikaşvili və əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenkodur.

Hakim partiyada hələlik bu barədə rəsmi məsləhətləşmələr aparılmasa da, G.Kvirikaşvilinin yaxın gələcəkdə seçki hazırlığına başlayacağı gözlənilir.


Qeyd edək ki, Gürcüstanda prezident seçkisi cari ilin oktyabrında keçiriləcək. Yeni prezident 6 il müddətinə seçiləcək. Builki seçki dövlət başçısının birbaşa seçki yolu ilə seçiləcəyi son prezident seçkisi olacaq. Seçiləcək dövlət başçısının səlahiyyət müddəti başa çatandan sonra prezident birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR