Əli Əhmədov: "Lapşinin gətirilməsi Azərbaycanın siyasi iradəsini ortaya qoyub "
"Aleksandr Lapşinin ekstradisiyası Azərbaycanın milli maraqlarını qorumaq əzmində olduğunu sübut edən çoxsaylı faktlardan biridir".
APA-nın məlumatına görə, bunu bu gün baş nazirin müavini Əli Əhmədov söyləyib.
Ə. Əhmədov deyib ki, Azərbaycan dövlət müstəqilliyinə, dövlət maraqlarına qarşı çıxan, bununla da milli qanunvericiliyini, beynəlxalq hüquq normalarını pozan insanlara qarşı həmişə birmənalı mövqeyini ortaya qoyub: "Bu mövqe nəticəsində cinayət törətmiş hər bir şəxsin qanun qarşısında cavab verməsinə nail ola biləcəyik. Azərbaycan dövləti kifayət qədər qətiyyətli siyasi iradə nümayiş etdirə bilir. Lapşinin Azərbaycana gətirilməsi Azərbaycanın siyasi iradəsini, dövlət maraqlarını qorumaq naminə ən cəsarətli addımlar atmaq iradəsini ortaya qoyub".
Əli Əhmədov: "Lapşinin gətirilməsi Azərbaycanın siyasi iradəsini ortaya qoyub"
08 fevral 2017 10:31 (UTC +04:00)
Xarici siyasət
Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
21:00
27 aprel 2024
ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib
17:44
27 aprel 2024
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
11:54
27 aprel 2024
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədri Andrija Mandiç ilə görüşüb - FOTO
21:06
26 aprel 2024