Vərəmə yoluxanların qeydiyyatdan yayınmasına görə məsuliyyətin müəyyənləşdirilməsi təklif edilir

Vərəmə yoluxanların qeydiyyatdan yayınmasına görə məsuliyyətin müəyyənləşdirilməsi təklif edilir
# 30 yanvar 2018 10:20 (UTC +04:00)

Azərbaycanda vərəm xəstəliyi ilə bağlı qeydiyyatdan yayınmaya görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur.

APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva çıxış edib.

O qeyd edib ki, vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmürlər, bu da fəsadlar yaradır: “Qohum-tanışdan utanaraq qeydiyyata düşmürlər, sağlamlıqlarına fikir vermirlər. Bununla bağlı məsuliyyət müəyyən etməliyik ki, həkimlər xəstələri rəsmi qeydiyyata saldırmadan müalicə etməsinlər. Xəstələr rəsmi qeydiyyata düşməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR