"Fitch" "AccessBank"ın reytinqini təsdiqləyib

"Fitch" "AccessBank"ın reytinqini təsdiqləyib
# 06 sentyabr 2017 16:00 (UTC +04:00)

"Fitch" beynəlxalq reytinq agentliyi "AccessBank"ın uzunmüddətli kredit reytinqini "BB-" səviyyəsində təsdiqləyib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, reytinq üzrə proqnoz "sabit"dir.

Beləliklə, "AccessBank" Azərbaycanın maliyyə institutları arasında ən yüksək reytinqini qoruyub.

"Fitch" həmçinin bankın dəstək reytinqini "3" səviyyəsində təsdiqləyib ki, bu da bankın səhmdarlar tərəfindən davamlı dəstəkləndiyinin göstəricisidir.

"Mövcud reytinq bankın cari bazar şəraitində sağlam mövqeyini əks etdirir. Güclü tərəfdaşlarımız və onların dəstəyini qazanmaq bu çərçivədə əhəmiyyətli bir aktivdir. Bazarda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üzrə aparıcı mövqeyimizə əsaslanaraq, biz rəqəmsal xidmət kanalları daxil olmaqla fərdi maliyyə xidmətləri göstərərək müştərilərimizə maksimum dərəcədə dəstək göstərməyə davam edirik", - "AccessBank"ın İdarə Heyətinin sədri Rolf Reichardt bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR