Moskvada Xocalı soyqırımı ilə bağlı aksiya keçirməyə cəhd edən azərbaycanlılar məhkəməyə çıxarılır

Moskvada Xocalı soyqırımı ilə bağlı aksiya keçirməyə cəhd edən azərbaycanlılar məhkəməyə çıxarılır
# 27 fevral 2019 14:02 (UTC +04:00)

Moskvada Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya keçirməyə cəhd edərkən saxlanılan azərbaycanlı gənclər məhkəməyə çıxarılır.

ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bu gün Moskva məhkəməsi bir qrup azərbaycanlı gəncin barəsində işə baxacaq. Onların barəsində ictimai asayişi pozmaq ittihamı elan olunub. Məhkəmənin Azərbaycan vətəndaşları barəsində sutkalıq həbs, inzibati cəza və ya ölkədən deportasiya qərarı çıxaracağı ehtimalı var.

Qeyd edək ki, dünən Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə bir qrup azərbaycanlı gənc Moskvada flaşmob etməyə cəhd ediblər. Paytaxtın mərkəzi küçələrində avtoyürüş etməyə cəhd edən Moskva ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət qrupu polis saxlayıb. Onları polis bölmələrinə aparıblar. Rusiya vətəndaşı olanlar azadlığa buraxılıb. Azərbaycan vətəndaşı olan gənclər hissə saxlanılıb.
Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyevin ONA-ya verdiyi məlumata görə, dünəndən polis bölmələrində saxlanılanlar hazırda məhkəməyə aparılır. O, azərbaycanlı gənclər barəsində inzibati cəza, 15 sutkalıq həbs və deportasiya qərarının çıxarılması ehtimalının olduğunu söyləyib. Ş. Tağıyev Azərbaycan vətəndaşı olan gənclərin vəkillə təmin olunduğunu da qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR