Məmmədyarov: “Biz böyük regionun enerji təhlükəsizliyini təmin etməkdə vacib tərəfdaşa çevrilmişik”

Məmmədyarov: “Biz böyük regionun enerji təhlükəsizliyini təmin etməkdə vacib tərəfdaşa çevrilmişik”
# 05 aprel 2018 08:39 (UTC +04:00)

“Hazırkı iqtisadi vəziyyət inkişaf edən ölkələr üçün imkanlar, eyni zamanda çağırışlar və risklər təqdim edir. Biz birlikdə beynəlxalq iqtisadi mühitin müsbət elementlərini istifadə etməliyik”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

Nazir bildirib ki, enerji və nəqliyyat sahələri ticarət və iqtisadiyyatın inkişafı üçün daha cəlbedici sahəyə çevrilir: “Azərbaycan regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində enerji və nəqliyyat layihələri həyata keçirməklə regional əməkdaşlığa töhfə verir. Biz davamlı və etibarlı enerji layihələri həyata keçirməklə böyük regionun enerji təhlükəsizliyini təmin etməkdə vacib tərəfdaşa çevrilmişik. Enerji layihələrinin icrası enerji mənbələrinin diversifikasıyasına təkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR