Nikita Mixalkov: “Ermənilərin Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişləri təxirə salınıb” - ÖZƏL

Nikita Mixalkov: “Ermənilərin Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişləri təxirə salınıb” - ÖZƏL
# 24 fevral 2019 12:40 (UTC +04:00)

Ermənilərin İrandan Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişləri təxirə salınıb.

Bu barədə ONA-nın Moskva müxbirinə filmin rejissoru və ssenari müəllifi, Rusiya Kinematoqrafçılar İttifaqının sədri, tanınmış kinorejissor Nikita Mixalkov bildirib.

Onun sözlərinə görə, rus diplomatı, şair və dramaturq Aleksandr Qriboyedovunm həyatı haqqında olan "Qriboyedovun həyatı və ölümü" adlı çoxseriyalı filmin ssenarisi tam hazırdır, lakin çəkilişlər təxirə salınıb.

Mixalkov buna səbəb kimi Yaxın Şərqdəki, xüsusilə İran və Türkiyədə sabitliyin olmamasını göstərib: "Həmin regionda vəziyyət sabit deyil. Ona görə də film çəkilişi üçün 500 nəfərlik qrupu ora aparmaq çox risklidir. Azərbaycandakı çəkilişlərlə bağlı problemimiz yoxdur. Amma İran və Türkiyədə sabitliyin olmaması məni narahat edir. Filmin çəkilişlərini dayandırmaq olmaz. Əgər hansısa fors-major vəziyyət səbəbindən çəkilişlər dayansa, bu, böyük miqdarda pul itkisi və tapşırığın yerinə yetirilməməsi deməkdir. Ona görə də həmin regionda vəziyyətin sakitləşməsini gözləyirik. Hələlik çəkilişləri təxirə salmışıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR