Haitidə fövqəladə vəziyyət elan edilib

Haitidə fövqəladə vəziyyət elan edilib
# 04 mart 2024 10:28 (UTC +04:00)

Haitidə fövqəladə vəziyyət elan edilib.

APA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Qeyd olunub ki, ötən həftəsonu baş vermiş hadisələr və getdikcə artan gərginlik fonunda, həbsxanalardan qaçan şəxslərin tapılması, kütləvi iğtişaşların təşkilatçılarını həbs etmək üçün 72 saat müddətinə fövqəladə vəziyyət elan olunub.

Xatırladaq ki, ötən şənbə günü silahlı qrupların üzvləri Haitinin Port-o-Prensdəki əsas həbsxanasına hücum edərək, orada ən azı 12 nəfəri öldürüb, 4000-ə yaxın məhbusu azad ediblər.

Dəstə liderləri həmin vaxt Keniyada səfərdə olan Baş nazir Ariel Henrini istefaya məcbur etmək istədiklərini bildiriblər. Hökumət başçısını devirmək istəyən silahlılar hazırda Port-o-Prensin təxminən 80 faizinə nəzarət edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR