Harris iqtisadi etimad sorğusunda Trampı qabaqlayıb

Harris iqtisadi etimad sorğusunda Trampı qabaqlayıb
# 12 avqust 2024 01:19 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Kamala Harris iqtisadi etimad sorğusunda rəqibi Donald Trampı geridə qoyub.

APA xəbər verir ki, bu barədə Miçiqan Universitetinin Ross Biznes Məktəbi ilə birgə sorğunun nəticələrinə istinadən “Financial Times” nəşri yazır.

Respondentlərin 42 faizi iqtisadi məsələlərdə Harrisə güvəndiyini bildirib. Tramp rəqibindən 1 faiz geridə qalaraq 41 faiz səs toplayıb.

Eyni zamanda, respondentlərin 60 faizi Harrisin ABŞ-ın hazırkı prezidenti Co Baydenin iqtisadi siyasətindən əl çəkməli və ya ona dəyişikliklər etməli olduğu bəyanatı ilə razılaşıb.

Qeyd edək ki, respondentlərin 42 faizi Trampın seçkidə qalib gəlməsinin daha yaxşı olacağını bildirib. Harris üçün isə sadəcə 33 faiz eyni fikri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR