Harris rəsmi olaraq prezidentliyə namizəd olduğunu açıqlayıb

Harris rəsmi olaraq prezidentliyə namizəd olduğunu açıqlayıb
# 07 avqust 2024 02:55 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Kamala Harris rəsmi olaraq Demokratlar Partiyasından prezidentliyə namizəd olduğunu açıqlayıb.

O, Pensilvaniya ştatının Filadelfiya şəhərində tərəfdarları qarşısında çıxış edərək, "Bu gün mən sizin qarşınızda durub bəyan edirəm ki, indi rəsmi olaraq Demokratlar Partiyasının Birləşmiş Ştatların prezidentliyinə namizədəm".

Harris səhnəyə Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd kimi elan edilmiş Minnesota qubernatoru Tim Valz ilə çıxıb.

"İndi görüləcək çox işimiz var. Biz bu yarışın qaranlıq atlarıyıq. Mən nə ilə qarşılaşmalı olduğumuzu dəqiq bilirəm", - deyə Harris əlavə edib.

O, onlayn səsvermədə iştirak edən demokrat nümayəndənin 99%-nin dəstəyini qazanmışdı. Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrisonun verdiyi açıqlamaya görə, Harris 4567 partiya nümayəndəsinin səsini toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR