Bank Of Baku

Harris Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib

Harris Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib
# 06 noyabr 2024 22:58 (UTC +04:00)

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris rəqibi respublikaçı Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə “The Washington Post” ABŞ-nin hazırkı vitse-prezidentinin köməkçisinə istinadən məlumat yayıb.

Məlumata görə, Harris Trampla “hakimiyyətin dinc yolla ötürülməsinin vacibliyini” də müzakirə edib.

O da qeyd edilib ki, Kamala Harris yerli vaxtla saat 16:00-da prezidentlik yarışında məğlub olması ilə bağlı çıxış etməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR