Sakit Okeanda yerləşən ABŞ-ın Havay ştatı sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 43 mindən çox insanın yaşadığı Hilo şəhərindən 113 km cənub-qərbdə, ocağı isə 17 km dərinlikdə yerləşib.
Zəlzələdən sonra sunami təhlükəsi və ya tələfat barədə məlumat verilməyib.