İlon Mask "Tesla" fabriklərində minlərlə insanabənzər robotun peyda olacağını bildirib

İlon Mask "Tesla" fabriklərində minlərlə insanabənzər robotun peyda olacağını bildirib
# 14 iyun 2024 08:03 (UTC +04:00)

"Tesla"nın rəhbəri İlon Mask insanabənzər robotların oflayn rejimdə çalışma səviyyəsinin tezliklə əhəmiyyətli dərəcədə arta biləcəyi fikrindədir.

APA xəbər verir ki, Mask qısa bir zamanda bir neçə min insanabənzər "Optimus" robotunun "Tesla"nın elektrik avtomobillərinin istehsal olunduğu fabriklərdə işləyəcəyinə əmindir.

O bunu Ostində (Texas) keçirilən səhmdarların illik yığıncağında deyib.

“Mənim proqnozlarıma görə, gələn il "Tesla"da min, bəlkə də bir neçə mindən də çox "Optimus" robotu işləyəcək” deyən Mask hesab edir ki, insanabənzər robotların avtonomiya səviyyəsi tezliklə əhəmiyyətli dərəcədə artacaq.

O, robot düzəltmək ideyasını 2021-ci ilin avqustunda açıqlamışdı. Həmin vaxt təqdim edilən layihəyə görə, "Optimus" insan boyda olacaq, 20 kq-a yaxın çəki qaldıra biləcək və insana gündəlik işlərində köməklik göstərəcək.

2022-ci ilin oktyabrında "Tesla"nın rəhbəri insanabənzər robot "Optimus"un prototipini təqdim edib. Daha sonra robot səhnəyə çıxaraq zalda olanlara əl yelləyib.

Mask "Optimus"un çiçəkləri suladığı videonu da nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR