Bank Of Baku

İlon Mask yeni siyasi partiyanın yaradılmasına çağırıb

Amerikalı milyarder və sahibkar İlon Mask

© APA | Amerikalı milyarder və sahibkar İlon Mask

# 01 iyul 2025 02:24 (UTC +04:00)

Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ-da yeni siyasi partiyanın yaradılmasına çağırıb.

APA xəbər verir ki, Mask bu barədə "X" hesabında yazıb.

Sahibkar bu çağırışını ABŞ Prezidenti Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsinə tənqidi münasibəti fonunda səsləndirib.

"Bu qanun layihəsinə görə hökumətin borc tavanı rekord səviyyədə — 5 trilyon dollar artırılır. Bu, dəhşətli xərclərdir və göstərir ki, əslində, biz birpartiyalı ölkədə yaşayırıq", - Mask vurğulayıb.

O qeyd edib ki, artıq "xalqın maraqlarını həqiqətən nəzərə alan" yeni bir siyasi partiyanın yaradılmasının vaxtı çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR