ABŞ İranın nüvə proqramı, onun obyektləri, avadanlıqları və bu sahədə çalışan şəxslər barədə məlumat verənlərə 20 milyon dollaradək mükafat vəd edib.
APA xəbər verir ki, bu təşəbbüs ABŞ Dövlət Departamentinin “Rewards for Justice” proqramı çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin ədalət mükafatı proqramı 1984-cü ildə yaradılıb. Proqramın məqsədi ABŞ vətəndaşlarının həyatını və ölkənin maraqlarını qorumağa kömək edə biləcək məlumatların əldə edilməsidir.