ETSN: Daha 4-5 palçıq vulkanının püskürməsi ehtimal olunur

ETSN: Daha  4-5 palçıq vulkanının püskürməsi ehtimal olunur
# 06 fevral 2017 14:43 (UTC +04:00)

Bu gün Bakıda püskürən palçıq vulkanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu ərazisində yerləşir. Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev APA-ya bildirib ki, palçıq vulkanı bu gün günorta təxminən saat 13-14 radələrində püskürüb.

C. Paşayevin sözlərinə görə, "Otmanbozdağ" adlı palçıq vulkanı Səngəçalda deyil, Qaradağ dəmiryol stansiyasından 5 km şimal-qərbdə yerləşir: “Palçıq vulkanı vilayət baxımından Şamaxı-Qobustana aid olub, forma baxımından konus şəklindədir. Vulkanın diametri 300 metrdir. Onun səthində 100-dən artıq qrifon var. Bu zamana qədər 3 püskürmə - 22 yanvar 1845-ci ildə, 1951-ci il və 10 oktyabr 1961-ci ildə qeydə alınıb. Vulkanın xarici etdiyi məhsulların sahəsi 1000 hektardan çoxdur. Həmin məhsulların orta qalınlığı 120 metrdir. İndiyə kimi baş vermiş püskürmələr zamanı 1,2 milyard kub metrdən çox püskürmə məhsulları xaric edilib”.

Direktor qeyd edib ki, bu gün vulkanın səthinə qalxmaq təhlükəlidir: “Ona görə proses tam yatandan sonra biz sabah dəqiq ölçmə işləri aparacağıq. Palçıq vulkanına yaxınlıqda yerləşən 4-5 vulkanın da oyanması ehtimal edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR