Bank Of Baku

İraqın baş naziri BMT TŞ-nin mövcud münaqişələri həll etmək iqtidarında olmadığını deyib

İraqın baş naziri BMT TŞ-nin mövcud münaqişələri həll etmək iqtidarında olmadığını deyib
# 27 sentyabr 2024 05:29 (UTC +04:00)

Beynəlxalq münasibətlər sistemi mövcud olmaq təhlükəsi altındadır və BMT Təhlükəsizlik Şurası (TŞ) mövcud münaqişələrin həllinə nail ola bilmir.

APA xəbər verir ki, bu fikri Nyu-Yorkda BMT Baş Assambleyasının tribunasından çıxışı zamanı İraqın baş naziri Məhəmməd əl-Sudani deyib.

“Dünya hərtərəfli qarşıdurma və münaqişələrə cəlb olunub, BMT Təhlükəsizlik Şurası isə çarəsizdir və heç bir rol oynamır. Beynəlxalq sistem, mövcudluğunu təhdid edən və onu beynəlxalq sülh və təhlükəsizliyin qorunması da daxil olmaqla, yaradıldığı məqsədlərə nail ola bilməyən çətin problemlə üz-üzədir”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR