İsrail səfirliyi önündə özünü yandıran amerikalı hərbçi ölüb

İsrail səfirliyi önündə özünü yandıran amerikalı hərbçi ölüb
# 26 fevral 2024 18:04 (UTC +04:00)

Vaşinqtonda İsrail səfirliyi qarşısında özünü yandıran ABŞ Hərbi Hava Qüvvələrinin hərbçisi ölüb.

APA BBC-yə istinadən xəbər verir ki, o, yerləşdirildiyi xəstəxanda ölüb.

Polis həmin şəxsin Texas ştatının San Antonio şəhərindən olan 25 yaşlı Aaron Bushnell olduğunu müəyyən edib.

Qeyd edək ki, fevralın 25-də İsrail səfirliyi önündə bir nəfər özünü yandırıb. ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən yanğın söndürülüb və həmin şəxs ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Özünü yandırmazdan əvvəl o, "artıq soyqırımına şərik olmayacağını" deyib.

ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü Rouz Rayli CNN-ə deyib ki, həmin şəxs hava qüvvələrinin hərbi qulluqçusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR