Dövlət başçısı İlham Əliyev Koreya prezidentinə başsağlığı verib

Dövlət başçısı İlham Əliyev Koreya prezidentinə başsağlığı verib
# 27 yanvar 2018 08:57 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Koreyada Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Koreya prezidenti Mun Ce-inə başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığı məktubunda deyilir:

"Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR