Bank Of Baku

Kaliforniyada meşə yanğınlarına görə 8 nəfər itkin düşüb

Kaliforniyada meşə yanğınlarına görə 8 nəfər itkin düşüb
# 08 avqust 2021 06:56 (UTC +04:00)

ABŞ-ın qərbində tüğyan edən meşə yanğınları ilə bağlı taleyi naməlum qalan azı 8 nəfər xilasedicilər tərəfindən axtarılır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Plumas dairəsinin şerifi açıqlamasında deyib.

“Bizə 8 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. Onlardan ən azı 5-i ştatda qeydə alınan “Dixie” yanğınının tamamilə məhv etdiyi Qrinvill şəhərinin sakinləridir. Kaliforniya Meşə və Yanğından Mühafizə İdarəsinin məlumatına görə, “Dixie” hazırda 180 min hektardan çox ərazini əhatə edir”, - deyə məlumatda qeyd olunub.

Kaliforniyada “Dixie”dən başqa daha 10 böyük yanğın qeydə alınıb. Yerli icra orqanlarının məlumatına görə, yanğınla mübarizədə 8500-ə yaxın yanğınsöndürən iştirak edir. 16 mindən çox insan təxliyə olunub, ölənlərlə bağlı hələlik məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR