Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.
APA-nın xəbərinə görə, bu barədə məlumatı “Sabah” qəzeti yayıb.
Qeyd olunub ki, danışıq zamanı Rusiya Federasiyası ilə Ukrayna arasındakı müharibə başda olmaqla, regional hadisələr müzakirə edilib.