Demokratlar Partiyasının prezidentliyə namizədi olmaq mənim üçün şərəfdir. Bu təklifi növbəti həftə rəsmən qəbul edəcəyəm.
APA xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris “X” hesabında yazıb.
Bildirək ki, K. Harris namizədlik üçün sözügedən siyasi təşkilatın rəhbərliyindən kifayət qədər dəstək qazana bilib.
Qeyd edək ki, bu məsələ ilə bağlı səsvermə onlayn formatda keçirilib.