Bank Of Baku

Kamala Harris Donald Trampla “Fox News”-un efirində debatdan imtina edib

Kamala Harris Donald Trampla “Fox News”-un efirində debatdan imtina edib
# 20 avqust 2024 08:49 (UTC +04:00)

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, onun demokrat rəqibi, ABŞ-nin vitse-prezidenti Kamala Harris sentyabrın 4-də “FOX” televiziyasında keçiriləcəyi planlaşdırılan seçki debatında iştirakdan imtina edib.

APA xəbər verir ki, Tramp bu barədə “Truth social” platformasında yazıb.

“Kamala Harris indicə bizə bildirdi ki, “Fox News”-un efirində debatda iştirak etməyəcək”, - Ağ Evin sabiq rəhbəri vurğulayıb.

Tramp qeyd edib ki, hadisələrin bu cür inkişafı onu təəccübləndirmir.

Keçmiş prezident debat əvəzinə, eyni tarixdə “Fox News”-da seçicilərin suallarını cavablandıracağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR