Bank Of Baku

Kamala Harris seçki kampaniyasını TikTok-a daşıyıb

Kamala Harris seçki kampaniyasını TikTok-a daşıyıb
# 29 iyul 2024 07:52 (UTC +04:00)

ABŞ-da prezidentliyə namizəd olan hazırki vitse-prezident Kamala Harris seçki kampaniyasını TikTok-a daşıyıb.

APA xəbər verir ki, TikTok-a yeni qoşulan Harrisin artıq 3.2 milyondan çox izləyicisi var.

Demokratların namizədi olan vitse-prezident Kamala Harris prezident seçkiləri kampaniyasında TikTok sosial media platformasından istifadə etməyə başlayıb.

Amerikanın CNBC kanalının saytında yer alan xəbərə görə, Harris TikTok hesabında "@kamalaharris" adlı video yayımlayıb.

Noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniyası üçün TikTok-da paylaşdığı videoda Harris, "Bu yaxınlarda eşitdim ki, videolarım TikTok-a yerləşdirilib. Ona görə də platformaya şəxsən qoşulmaq istədim", - deyə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR