Bank Of Baku

Kanada humanitar yardım üçün Haitiyə 12,3 milyon dollar ayırıb

Kanada humanitar yardım üçün Haitiyə 12,3 milyon dollar ayırıb
# 20 noyabr 2022 21:25 (UTC +04:00)

Kanada hökuməti Haitiyə humanitar yardım üçün 12,3 milyon ABŞ dolları ayırıb.

APA xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo Beynəlxalq Frankofoniya Təşkilatının Cerbada keçirilən sammitində bildirib.

Onun sözlərinə görə, Kanada Haitiyə lazımi humanitar yardım göstərməkdə davam edəcək.

Ayrılan vəsait Birləşmiş Millətlər Təşkilatı vasitəsilə Haitiyə köçürüləcək.

Bundan əlavə, Trüdo bildirib ki, Ottava korrupsiyada şübhəli bildiyi Haitinin keçmiş prezidenti Mişel Martelliyə qarşı sanksiyalar tətbiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR