Bank Of Baku

Kanada Ukraynaya verdiyi silahlardan Rusiya ərazisində istifadəyə icazə verib

Kanada Ukraynaya verdiyi silahlardan Rusiya ərazisində istifadəyə icazə verib
# 16 avqust 2024 11:45 (UTC +04:00)

Ukrayna göndərdiyimiz silah-sursat və hərbi texnikadan Rusiya ərazisində istifadə edə bilər.

APA-nın “CBC News”a istinadən xəbərinə görə, bu barədə Kanadanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, rəsmi Kiyevə bununla bağlı məhdudiyyət qoyulmayıb.

Nazirliyin açıqlamasında Ukrayna hökumətinə 8 ədəd “Leopard 2A4” tankı, onlarla zirehli maşın, yüzlərlə zirehli patrul avtomobili və bir neçə ədəd “M-777” artilleriya qurğusu göndərildiyi bildirilib.

Bununla belə Kanada tərəfindən verilən hərbi yardımın indiyədək Rusiyada istifadə olunub-olunmadığı açıqlanmayıb.

Qeyd edək ki, 2022-ci ildən bu yana adı çəkilən ölkə Ukraynaya 4.5 milyard dollarlıq hərbi yardım edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR