Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (ŞABAMK) Şimali Kanada ərazisi üzərində səmada bir və ya iki obyektin hərəkətini izləyir.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Global News” telekanalı məlumat yayıb.
Bildirilib ki, bu, “casus şarları ola bilər”.
Kanadanın Baş naziri Castin Trüdo Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığının ölkə üzərində naməlum obyekti vurduğunu açıqlayıb.
Trüdo ABŞ Prezidenti Cozef Baydenlə vurulan obyekt ətrafındakı vəziyyəti müzakirə etdiyini vurğulayıb.