Ağdamda traktor aşıb, ata və oğlu xəsarət alıb

Ağdamda traktor aşıb, ata və oğlu xəsarət alıb
# 26 fevral 2019 17:51 (UTC +04:00)

Ağdamda traktor aşıb.

ONA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Birinci Yüzbaşılı kəndi ərazisində baş verib. Sürücü Quliyev Rövşən Məhiş oğlunun idarə etdiyi traktor yoldan çıxaraq aşıb. Nəticədə sürücü və traktorda olan oğlu, Elnur Quliyev ağır bədən xəsarətləri alıblar.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma başlanıb.

Habil Aslanoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR