Kanadanın Britaniya Kolumbiyası əysləyində avtobus qəzası nəticəsində 4 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə yerli CTV kanalı məlumat yayıb.
***
19.26
Kanadanın Kolumbiya əyalətində avtobus qəzası nəticəsində 53 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə əyalətin səhiyyə xidməti məlumat yayıb.
"Avtobus qəzası ilə əlaqədar olaraq, tibb işçiləri Kelovna, Pentikton və Merrittdə yerləşən üç xəstəxanada 53 xəstəni qəbul ediblər" – məlumatda bildirilir.
Qəza Lune gölünün yaxınlığında baş verib.
Hadisə yerində xilasedicilər işləyir, qəzanın səbəbləri açıqlanmır.