Kanadada güclü meşə yanğınları: 9 min insan təxliyə edilib

Kanadada güclü meşə yanğınları: 9 min insan təxliyə edilib
# 14 iyul 2024 03:28 (UTC +04:00)

Kanadanın şimal-şərqində baş verən meşə yanğınları səbəbilə təxminən 9 min insan təxliyə edilib.

APA xəbər verir ki, “CBC News”un məlumatına görə, ölkənin şimal-şərqində baş verən yanğınlar Nyufaundlend və Labrador əyalətindəki Labrador Siti və Vabuş bölgələrini təhlükə altına saldığı üçün bir sıra tədbirlər görülüb.

Əyalətin Baş naziri Endryu Furey, Labrador Siti və Vabuşdakı insanları ayıq olmağa və yanğınların olduğu əraziləri boşaltmağa çağırıb. Yanğınlar səbəbilə təxminən 9 min insan təxliyə edilib.

Nyufaundlend və Labrador əyalətində 11 bölgədə hələ də güclü yanğınlar davam edir.

Kanadada hazırda 575 aktiv yanğınla mübarizə aparılsa da, onlardan 400-dən çoxu nəzarətdən çıxmış sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR