Bank Of Baku

Kanadada şəhər sakini sinəsindən ağır güllə yarası alıb

Kanadada şəhər sakini sinəsindən ağır güllə yarası alıb
# 13 dekabr 2021 02:22 (UTC +04:00)

Kanadanın Toronto şəhərində atışma nəticəsində bir nəfər güllə yarası alıb.

APA xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Hadisə metropolun mərkəzi hissəsində baş verib. Hadisə yerinə gələn polis sinə nahiyəsindən güllələnən şəhər saknini aşkar edib.

Yaralı xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Atışma ilə bağlı heç kim saxlanılmayıb. Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR