Kanadanın keçmiş baş naziri vəfat edib

Kanadanın keçmiş baş naziri vəfat edib
# 01 mart 2024 06:28 (UTC +04:00)

Kanadanın keçmiş baş naziri Brayan Malruni 85 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə ölkənin baş naziri Castin Trüdo məlumat verib.

"Mən Kanadanın keçmiş baş naziri Brayan Malroninin vəfatını böyük kədər hissi ilə öyrəndim", - deyə o bildirib.

Trüdo qeyd edib ki, Malruni "Kanada dəyərlərinin təcəssümüdür" həm də xaricdə hörmət edilən bir insandır. Siyasətçinin ölüm səbəbi barədə məlumat verilmir.

Malruni Kanadanın 18-ci Baş naziri olub. O, 1984-cü ilin sentyabrından 1993-cü ilin iyununa qədər Kanada hökumətinə rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR