ABŞ Türkiyə ilə münasibətlərdəki qalmaqala baxmayaraq, İsveçin Şimali Atlantika Alyansına üzv ola biləcəyinə inanır.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyera bildirib.
O, həmçinin Finlandiya və İsveçin Türkiyə ilə üçtərəfli sazişin həyata keçirilməsi üçün addımlar atdığını bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays daha əvvəl İsveçdəki anti-Türkiyə təxribatının məqsədyönlü və NATO-nun genişlənməsinə mane olmaq məqsədi daşıdığına əminliyini ifadə edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, İsveç terror tərəfdarlarının və müsəlmanların düşmənlərinin Stokholmda baş verən aksiyalarından sonra NATO-ya üzvlük məsələsində Türkiyədən yaxşılıq gözləməməlidir.